Azərbaycan çempionu “Araz” futzal üzrə UEFA kubokunun əsas mərhələsində bu gün ikinci oyununa çıxır.
Sportal.az xəbər verir ki, təmsilçimiz Makedoniyanın Skopye şəhərindəki Boris Traykovski adına İdman Mərkəzində Kosovo çempionu “Feniks”lə qarşılaşacaq.
Qeyd edək ki, təmsilçimiz ötən gün baş tutan ilk turda Gürcüstanın "Tiflis Dövlət Universiteti" komandası ilə qarşılaşıb və 7:1 hesablı qələbə qazanıb. "Feniks" isə meydan sahibi "Jelezarets"inə 5:0 hesabı ilə qalib gəlib.
UEFA Kuboku, əsas mərhələ
2-ci qrup
12 oktyabr
19:30. "Araz" - "Feniks"
saytlarin hazirlanmasi
