Azərbaycanda uşaq futbolunun təbliğatı istiqamətində fəaliyyətimizi davam etdiririk. Bu dəfə çəkiliş qrupumuz U-10 Liqasının 3-cü turu çərçivəsində keçirilən “Inter” - “Neftçi” İK İB matçında olub.
Bu komandalar arasında oyun dramatik məcrada keçdi. Əslində, matçı sözün hər mənasında iki hissəyə bölmək olar. Fasiləyə qədər “Neftçi” İK İB daha üstün idi və bu, hesabda da öz əksini tapdı – 4:1. “İnter” ikinci hissədə toparlandı və fərqi minimuma endirdi. Lakin məğlubiyyətdən qurtula bilmədilər.
QEYD: Bu layihə heç bir qurum tərəfindən maliyyələşmir. Ölkəmizdə uşaq futbolunun təbliğatı üçün çalışan Sportal.az bu layihəni öz imkanları hesabına həyata keçirir.
U-10 Liqası
3-ci tur
“İnter” – “Neftçi” İK İB 3:4
Qollar: Raul Məmmədov, 13, Tunar Rzayev, 27, Nurəli Hüseynov, 30, = Nihad Şahhüseynli, 6, 18, Ömər Abdullah, 15, Nəsir Nəsirli, 20
saytlarin hazirlanmasi