San Marinodan tarixi qol

15:15 - 12 Oktyabr 2016

Azərbaycan millisinin DÇ-2018-in qrup mərhələsindəki rəqibi San Marino yığması tarixi qola imza atıb.

 

Sportal.az xəbər verir ki, yığma komanda 15 ildən sonra dünya çempionatının seçmə mərhələsinin səfər görüşündə fərqlənib.

 

San Marinonun tarixi qolu DÇ-2018-in seçmə mərhələsinin səfərdə Norveçlə 1:4 hesabı ilə başa çatan oyunda vurulub. Qolu 54-cü dəqiqədə Mattia Stefanelli vurub.


Qeyd edək ki, San Marino millisi bundan əvvəl  DÇ-2002-nin seçmə mərhələsində 2001-ci ildə keçirilən Latviya ilə görüşdə (1:1) səfərdə qol vurub.

Xəbər xətti