Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/16 final mərhələsinin oyunları keçirilib.
Sportal.az xəbər verir ki, bu mərhələdə 2 qarşılaşma baş tutub. “Turan Tovuz” “Bakılı”nı böyük hesabla (4:0) məğlub edərək, adını 1/8 final mərhələsinə yazdırıb. Qərb təmsilçisi bu mərhələdə Premyer Liqasda çıxış edən “Zirə”ni qəbul edəcək.
1/16 final mərhələsinin digər görüşündə "Şəmkir" doğma meydanda "Qaradağ Lökbətan"ı qəbul edib. Qonaqlar 2 - 1 hesablı qələbə qazanaraq 1/8 finala vəsiqə qazanıb. Lökbatanlılar “İnter”in qonağı olacaq.
Beləliklə, 1/8 finalda qarşılaşacaq bütün cütlüklər bəllidir. Həmin qarşılaşmaların siyahısını təqdim edirik:
Azərbaycan Kuboku
1/8 final
"Turan Tovuz" - “Zirə”
“Neftçi” - “Şərurspor”
“Qarabağ” - “Səbail”
MOİK - “Sumqayıt”
“İnter” – "Qaradağ Lökbatan"
“Şahdağ” - “Kəpəz”
“Qəbələ” - “Zaqatala”
AZAL - “Rəvan”
1/16 final mərhələsində olduğu kimi, 1/8 finalda da qalib bir oyunda müəyyənləşəcək. 1/8 final mərhələsinin oyunları dekabrın 2-3-də keçiriləcək.
saytlarin hazirlanmasi