Bu gün Azərbaycan çempionu "Araz" futzal üzrə UEFA kubokunun əsas mərhələsində növbəti oyununu keçirib.
Sportal.az xəbər verir ki, Naxçıvan təmsilçisi Makedoniyanın Skopye şəhərində Kosova çempionu "Feniks"lə üz-üzə gəlib. "Araz" görüşün taleyini bir qolla həll edib. Xətai Bağırovun qolu "Araz"a qrupda ikinci qələbəsini qazandırıb.
"Araz" dünən keçirdiyi ilk oyunda Tbilisi Dövlət Universiteti komandası (Gürcüstan) ilə qarşılaşıb və 7:1 hesablı qələbə qazanıb. "Feniks" isə meydan sahibi olan Makedoniya "Zalazareç"inə qalib gəlib - 5:0.
UEFA kuboku, əsas mərhələ, 2-ci qrup
12 oktyabr
Feniks (Kosova) - Araz (Azərbaycan) 0:1
Qol: Xətai Bağırov, 10.24.
saytlarin hazirlanmasi