Azərbaycan çempionu "Araz" dünən Kosova "Feniks"ini məğlub etməklə (1:0) futzal üzrə UEFA kubokunun elit mərhələsinə vəsiqəni təmin edib.
Sportal.az xəbər verir ki, artıq Naxçıvan təmsilçisinin elit raunddakı bəzi potensial rəqibləri də məlumdu. "Araz" kimi Çexiyanın "Xrudim", Rusiyanın "Yuqra" və "Dinamo", Qazaxıstanın "Kayrat", İspaniyanın "İnter" klubları da elit mərhələyə vəsiqəni təmin edib.
Digər 10 komanda isə hazırda davam edən əsas mərhələ başa çatandan sonra məlum olacaq.
saytlarin hazirlanmasi