Norveç Futbol Federasiyasının İcraiyyə Komitəsi milli komandanın çıxışına qiymət verəcək.
Sportal.az xəbər verir ki, Federasiyanın prezidenti Terye Svendsen Azərbaycan millisinə uduzduqları oyundan sonra bu qərara gəlib. Norveç San Marinonu 4:1 hesabı ilə məğlub etsə də, bu nəticə Terye Svendsenin fikrindən daşındırmayıb. O, Çexiya ilə oyundan əvvəl millinin çıxışına qiymət verəcək və lazımı tədbirlər görüləcək.
Qeyd edək ki, Norveç millisi C qrupunda 3 oyundan sonra 3 xal toplayıb və 4-cü pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi