"Turan Tovuz"un sabiq məşqçisi Makedoniya klubunda

14:56 - 13 Oktyabr 2016

"Turan Tovuz" klubunun sabiq baş məşqçisi Naci Şensoy özünə yeni iş yeri tapıb.

 

Sportal.az xəbər verir ki, son olaraq Bolqarıstanın "Pirin" klubunu çalışdırdan Şensoy bundan sonra Makedoniyada işləyəcək. Şensoy "Pelister" klubu ilə 1 illik müqavilə imzalayacaq. O, yaxın günlərdə işinə başlayacaq.
 
Qeyd edək ki, Naci Şensoy 2002/03, 2004/05 və 2012-ci illərdə Tovuz klubunu çalışdırıb. 

 

Xəbər xətti