"Araz"ın son sınağı

10:37 - 14 Oktyabr 2016

Bu gün futzal üzrə UEFA kubokunun Makedoniyada keçirilən əsas mərhələsinin II qrupunda son oyunlar keçiriləcək.

 

Sportal.az xəbər verir ki, Azərbaycan çempionu “Araz” qrup mərhələsindəki son matçında meydan sahibləri ilə görüşəcək. Naxçıvan təmsilçisi bu ölkənin çempionu “Zalezareç”lə qarşılaşacaq.

 

Son turun nəticəsindən asılı olmayaraq təmsilçimiz qrup lideri kimi elit mərhəkəyə vəsiqə qazanacaq.
 

Qeyd edək ki, turun digər oyununda elit-raunda 2-ci vəsiqənin sahibi bəlli olacaq. Gürcüstan çempionu TDU Kosovonun ən yaxşısı “Feniks”i sınağa çəkəcək.
 
Futzal üzrə UEFA kuboku
Əsas mərhələ, III qrup

 
III tur, 14 oktyabr
15:00. TDU – “Feniks”
17:30. “Araz” – “Zalezareç”

Xəbər xətti