"Qəbələ"nin rəqibində ciddi itki

11:20 - 14 Oktyabr 2016

Avropa Liqasının qrup mərhələsində "Qəbələ"nin rəqibi olan "Anderlext"in heyətində ciddi itki baş verib.

 

Sportal.az xəbər verir ki, Brüssel təmsilçisinin yarımmüdafiəçisi Aleksandru Çipçiu sıradan çıxıb. 27 yaşlı futbolçu Rumıniya milli komandasının DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Qazaxıstanla keçirdiyi qarşılaşmada zədələnib.

 

Tibbi müayinədən sonra rumın yarımmüdafiəçinin 1 ay yaşıl meydanlardan uzaq qalacağı məlum olub.

 

Qeyd edək ki, Çipçiu "Anderlext"ə mövsümün əvvəlində "Styaua" Buxarestdən transfer olunub.

Xəbər xətti