İsveç millisinin sabiq üzvü Zlatan İbrahimoviç oğullarını çıxış etdiyi “Mançester Yunayted” klubunun futbol akademiyasına yazdırıb.
Sportal.az xəbər verir ki, isveçli ulduzun övladları 10 yaşlı Maksı və 8 yaşlı Vinsente futbolun sirrlərini “Qırmızı şeytanlar”ın akademiyasında yiyələnəcək. “Mançester Yunayted”in asağı yaş qruplarına “mankunyanlar”ın sabiq ulduzları Maykl Kerrik, Rayan Giqqz və Niki Batt rəhbərlik edir.
Qeyd edək ki, “Mançester Yunayted”in akademiyasında Runinin 6 yaşlı oğlu Kaem Runi də məşq edir.
saytlarin hazirlanmasi