“Azərbaycanda idmana diqqət və qayğını yüksək qiymətləndirirəm. Ölkəmiz dünyada idman ölkəsi kimi tanınır və bu gün dünyada ən böyük mötəbər yarışların keçirilməsi üçün meydana çevrilib.”
Sportal.az xəbər verir ki, bunu İnterAz-a açıqlamasında Milli Məclisin deputatı, Kikboksinq Federasiyasının prezidenti Adil Əliyev deyib. Onun sözlərinə görə, Azərbaycan yarışların keçirilməsində maraqlıdır və ən böyük yarışları yüksək səviyyədə həyata keçirir: “Ev sahibi kimi bu gün Azərbaycan hesab edirəm ki, dünyanın ən inkişaf etmiş dövlətləri kimi idman yarışlarının həyata keçirilməsində bacarıqlı dövlətlər sırasındadır”.
Deputat futbol shəsində Azərbaycn millisinin qazandığı uğurlardan da danışıb və qeyd edib ki, “Neftçi”nin oyunlarından sonra Azərbaycanda futbolu bir növ toparlamaq olmurdu.
“Amma son zamanlar Azərbaycan “Qarabağ” və başqa klublarını nümunə göstərmək olar. 20 ildir ki, AFFA futbol Federasiyasının gördüyü işlər öz bəhrəsini verməyə başlayıb. Azərbaycan milli yığma komandası Dünya Çempionatın seçmə mərhələsində məğlubiyyətsiz 3 oyun keçirib. Və öz qrupunda 7 xalla ikinci yerdədir. Bu çox sevindiricidir, çox qürurvericidir. Bu bir növ də bizim vətəndaşlarımızın futbola marağının artmasına gətirib çıxarır. Əhalimiz də futbolla yaxından maraqlanmalı, izləməlidir. Ən azından əlindən gələn azarkeşliyi əsirgəməməlidir. Hamı evdə oturub futbolu pisləyir, amma heç kim bir manat verib gedib bilet alıb milli yığma komandanın oyununa azarkeşlik eləmir. Hamı elə müəllimlik edir, hamı göstəriş verir, hamı narazıdır. Amma özləri heç bir dəstək vermir. Ona görə də, azarkeşlərimiz də, vətəndaşlarımız da, futbolçularımız da hamı futbolun inkişafında maraqlı olmalıdır” - Adil Əliyev vurğulayıb.
saytlarin hazirlanmasi
