Premyer Liqanın 8-ci turu çərçivəsində "Sumqayıt" səfərdə "Qarabağ"a 0 - 3 hesabı ilə məğlub olub.
Sportal.az xəbər verir ki, qarşılaşmadan sonra keçirilən mətbuat konfransında "kimyaçılar"ın baş məşqçisi Samir Abasov məğlubiyyəti şərh edib:
Çox danışmağa ehtiyac yoxdur. Hər şey göz qabağında idi. “Qarabağ” oynamırdı, sanki məşq edirdi. Belə bərbad oyunu unudub, növbəti matçlara hazırlaşmalıyıq. Gələn oyunumuz “Qəbələ”yə qarşıdır. Onlarla ilk oyunumuz da yaxşı notlarda bitməmişdi. İlk ev qələbəmizi qazanmaq istəyirik. Belə davam etsək, azarkeşlər bizə nifrət edəcək. Səbirsizliklə növbəti oyunu gözləyirəm. İnanıram ki, futbolçularım yaxşı oynayacaqlar.
saytlarin hazirlanmasi