Təbriz klubu liderliyi əldən verdi

01:58 - 16 Oktyabr 2016

İran çempionatında 8-ci turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, Təbrizin “Traktor Sazi” klubu səfərdə “Saypa Karaj”la qarşılaşıb. Oyun qolsuz bərabərliklə başa çatıb.

 

Bu heç-heçədən sonra “qırmızı qurdlar” zirvədəki mövqeyini əldən verib. Belə ki, bu turadək çempionata liderlik edən Təbriz klubu, “Saypa Karaj”la oyundakı xal itkisiylə “Persepolis”i özündən irəli buraxıb. Hazırda “Traktor Sazi” liderdən 2 xal geri qalır.

 

Təbrizin digər təmsilçisi “Maşın Sazi” də bu turda meydana çıxıb. Təbriz klubu Xuzestan “İstiqlal”ına 1 - 3 hesabı ilə uduzub. Hazırda hesabında 6 xal olan “Maşın Sazi” 15-ci pillədə qərarlaşıb.

Xəbər xətti