"Araz"ın potensial rəqibləri məlum oldu

14:08 - 16 Oktyabr 2016

Futzal üzrə UEFA Kubokunda əsas mərhələyə yekun vurulub.

 

Sportal.az xəbər verir ki, ölkəmizi turnirdə təmsil edən "Araz"ın da elit mərhələdəki bütün potensial rəqibləri məlum olub.

 

Son çempionun rəqibləri  "Nasional" (Xorvatiya), "Sportinq" (Portuqaliya), "Yuqra", "Dinamo" (hər ikisi Rusiya), "Kayrat" (Qazaxıstan), "İnter" (İspaniya), "Dyor" (Macarıstan), "Breze" (Sloveniya), "Tarqu Mureş" (Rumıniya), "Nikars" (Litva), "Hamburq Panters" (Almaniya), "Ekonomats" (Serbiya), "Real" (İtaliya), "Xrudim" (Çexiya), və "Feniks" (Kosovo) klublarıdır.


Elit mərhələnin püşkü oktyabrın 21-də atılacaq. Komandalar 3 səbətə bölünəcək. "Araz" qrup qalibi kimi ikinci səbətdə yer alacaq.


Elit mərhələnin oyunları noyabrın 22-27-də keçiriləcək.

 

Xəbər xətti