UEFA Türkiyəli FİFA referisi Cüneyt Çakıra növbəti təyinat verib.
Sportal.az xəbər verir ki, referi ÇL-nin qrupmərhələsi çərçivəsində keçiriləcək "Bayer" (Leverkuzen) - "Tottenhem" matçını idarə edəck. Yan xətt hakimləri Bahattın Duran və Tarık Ongün, qapı hakimləri isə Hüseyin Göçek və Barış Şimşek olacaq. 4-cü hakim funskiyasını Emre Eyisoy yerinə yetirəcək.
Qeyd edək ki, qarşılaşma oktyabrın 18-də baş tutacaq.