Azərbaycan Premyer Liqasının VIII turunun hazırda davam edən "Zirə” – "Neftçi” oyununda insident yaşanıb.
Sportal.az xəbər verir ki, hadisə "Neftçi”azarkeşi və rəhbərlik arasında baş verib.
Qonaq azarkeşlərdən biri üzünü rəhbərliyin əyləşdiyiy "Sky Box”a tutaraq təhqiredici ifadələr işlədib. Nəticədə polis əməkdaşları rəhbərliyin tapşırığı ilə həmin azarkeşi polis bölməsinə aparmağa cəhd edib. Lakin digər azarkeşlərin də müdaxiləsindən sonra qalmaqala səbəb olan azarkeş sərbəst buraxılıb.
Qeyd edək ki, hazırda "Zirə” "Neftçi”ni 2-0 hesabı ilə məğlub edir.