"Qələbə Adil Şükürovun işinin nəticəsidir" MÜSAHİBƏ

10:29 - 17 Oktyabr 2016

Azərbaycan Premyer Liqasının VIII turunda "Zirə” öz meydanında "Neftçi”ni 2-0 hesabı ilə məğlub edib.
 
Sportal.az xəbər verir ki, oyundan sonra "Zirə”nin paraqvaylı futbolçusu Sezar Meza Kolli jurnalistlərin suallarını cavablandırıb:


- Çox ciddi və kompakt oynadıq. Düşünürəm ki, layiqli şəkildə qalib gəldik.
 
- Epizodların birində emosiolarını çox sərt şəkildə ifadə etdin və görə sarı vərəqə aldın…
- Bu, oyunun gedişində olan şeylərdir. Bəzən emosional olduğun üçün fikirləşmirsən. deyərdim ki, normal haldır.
 
- "Neftçi"ni çıxışını necə qiymətləndirirsən?
- Rəqib haqda nəsə söyləyə bilmərəm. Bu oyunda biz daha güclü idik. Bu qələbə həftə ərzində yaxşı çalışmağımızın və baş məşqçimizin işinin nəticəsidir.
 
- Avrokuboklara getmək üçün lazım olan yerlər uğrunda mübarizə aparmaq mümkündür?
- Bu oyunda qalib gəlməyimiz vacib idi. Bütün oyunlara 3 xal üçün çıxırıq. Bundan sonra bütün suallara zaman cavab verəcək.
 
- Hədəfiniz əsasən nədir?
- Bütün oyunlarda qalib gəlmək. Hədəflərimizə çatmaq uğrunda mübarizə aparacağıq.

 

Xəbər xətti