"Gent" "Şaxtyor"dan 100 litr su və meyvə istədi

18:39 - 17 Oktyabr 2016

Avropa Liqasının qrup mərhələsi çərçivəsində Belçika “Gent”i “Lvov Arena”da “Şaxtyor”la üz-üzə gələcək. 

 

Sportal.az xəbər verir ki, iki gün Ukraynada qonaq olacaq belçikalılar 100 litr su və 20 kiloqram meyvə sifariş edib. 

 

“Gent” klubunun nümayəndələri ukraynalılardan 20 top və 2 masaj stoluyla yanaşı məşq etmək üçün ləvazimatlar da istəyib.    

 

Qeyd edək ki, “Şaxtyor” – “Gent” qarşılaşması oktyabrın 20-də saat 21:00-da start götürəcək.

Xəbər xətti