Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunun oyunlarına start veriləcək.
Sportal.az xəbər verir ki, turun ilk günündə 8 qarşılaşma baş tutacaq. Favoritlərdən “Real” evdə Polşa “Legiya”sını qonaq edəcək. “Borussiya” isə səfərdə “Sportinq”in qonağı olacaq. İngiltərə çempionu “Lester Siti” Danimarka “Kopenhagen”i ilə üz-üzə gələcək. “Yuventus” isə Fransaya səfər edəcək. Turinlilər “Lion”la qarşılaşacaq.
UEFA Çempionlar Liqası
Qrup mərhələsi, 3-cü tur
18 oktyabr
E qrupu
22:45. MOİK (Moskva, Rusiya) – “Monako” (Fransa)
22:45. “Bayer” (Almaniya) – “Tottenhem” (İngiltərə)
F qrupu
22:45. “Sportinq” (Lissabon, Portuqaliya) - “Borussiya” (Dortmund, Almaniya)
22:45. “Real” (Madrid, İspaniya) - “Legiya” (Varşava, Polşa)
G qrupu
22:45. “Lester Siti” (İngiltərə) – “Kopenhagen” (Danimarka)
22:45. “Brügge” (Belçika) – “Porto” (Portuqaliya)
H qrupu
22:45. “Dinamo” (Zaqreb, Xorvatiya) – “Sevilya” (İspaniya)
22:45. “Lion” (Fransa) – “Yuventus” (İtaliya)
saytlarin hazirlanmasi