Azərbaycanlı futbol azarkeşlərinin hələ də unutmadığı Miroslav Zelinka cəzalanıb.
Sportal.az xəbər verir ki, buna səbəb çexiyalı referinin kobud səhvə yol verməsi olub. Belə ki, o, Çexiya çempionatının hesabat turunda keçirilən "Dukla” – "Slovan” oyununda birincilərin qapısına təyin etməli olduğu penaltini verməyib. Əvəzində oyunu davam etdirən Zelinka Çexiya Futbol Federasiyasının Hakimlər Komitəsi tərəfindən iki oyunluq cəzalandırılıb.
Qeyd edək ki, adıçəkilən referi 2014-cü ildə Bakıda keçirilən "Qarabağ" - "İnter" (İtaliya) matçında da ağdamlıların təmiz qolunu saymayıb, kobud səhvi ilə gündəmi zəbt etmişdi.
saytlarin hazirlanmasi