Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində Madrid “Real”ı doğma divarlar arxasında Polşa çempionu “Legiya”nı qəbul edəcək.
Sportal.az xəbər verir ki, “Santyaqo Bernabeu”da bu oyunu izləmək üçün İspaniyaya 4000-ə yaxın polşalı fanat da təklif buyurub. Madridə gələn azarkeş ordusundan 3 nəfər gecə barların birində qalmaqal salıb.
31-34 yaş aralığında olan həmin şəxslər ətrafdakıları təhqir edəndən sonra barın kassasını qarət etməyə cəhd göstəriblər. Lakin polis əməkdaşları dələduz fanatları yaxalayaraq məntəqəyə aparıb.
saytlarin hazirlanmasi