"Qəbələ"nin rəqibi hücumçusunu Avstraliya klubuna göndərdi

20:46 - 18 Oktyabr 2016

Avropa Liqasının qrup mərhələsində "Qəbələ"nin rəqibi olan "Maynts" futbolçusu Maksimillian Baysteri icarəyə verib.

 

Sportal.az xəbər verir ki, 26 yaşlı hücumçu mövsümün sonunadək Avstraliyanın "Melburn Viktoriya"da çıxış edəcək. Bu barədə məlumat klubun rəsmi saytında verilib.

 

Qeyd edək ki, alman forvard 2015-ci ildən "Maynts"da çıxış edir. O, son mövsümü icarə əsasında "1860 Münhen" klubunda keçirib.

Xəbər xətti