“Portu”nun qapıçısı İker Kasilyas rekorda imza atıb.
Sportal.az xəbər verir ki, Çempionlar Liqasının qrup mərhələsində “Brügge” (1:2) ilə keçirilən oyunda Kasilyas rekord göstəriciyə nail olub. Təcrübəli qolkiper bu oyunda turnirdə 92-ci qələbəsini qazanıb. O, bu göstəricidə “Barselona”nın sabiq kapitanı Xavinin rekordunu geridə qoyub.
Qeyd edək ki, Xavi turnirdə 91 qələbə qazanmışdı.
saytlarin hazirlanmasi