Per-Matias-Hoqmonun Norveç millisindəki gələcək taleyinə aydınlıq gəlib.
Sportal.az xəbər verir ki, bu gün bu məsələ ilə bağlı Norveç Futbol Federasiyasında iclas baş tutub.
Federasiyanın iclasında mütəxəssislə bağlı yekun qərar verilib. Qərara alınıb ki, Hoqmo DÇ-2018-in seçmə mərhələsinin növbəti oyununda da millinin "sükanı arxası”nda olacaq. Ancaq növbəti uğursuzluq onun istefaya göndərilməsi ilə nəticələnəcək.
Qeyd edək ki, Norveç millisi DÇ-2018-in seçmə mərhələsində Bakıda baş tutan oyunda yığmamıza 1-0 hesabı ilə məğlub olmuşdu.