"Beşiktaş"dan qələbə, "Barselona" "Mançester Siti"ni darmadağın etdi

00:42 - 20 Oktyabr 2016

Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində 3-cü tura yekun vurulub.
 
Sportal.az xəbər verir ki, turun son oyun günündə də 8 qarşılaşma baş tutacaq. Mərkəzi görüş Kataloniyada oynanılacaq. Pep Qvardiolanın sabiq komandası "Barselona" və hazırda çalışdırdığı "Mançester Siti" "Nou Kamp"da üz-üzə gəliblər. Oyun meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.

 

Azərbaycanlı azarkeşlərin daha çox marağına səbəb olan Türkiyənin "Beşiktaş" klubu isə İtaliyada "Napoli" ilə qarşılaşıb. İstanbul klubu çətin səfər qarşılaşmasında 3:2 hesablı qələbə qazanıb.

 

A qrupu
 

“Arsenal” (İngiltərə) - “Ludoqorets” (Bolqarıstan)   6:0
Qollar:
Sançes, 12, Teo Uolkott, 42, Aleks Oksleyd Çemberleyn, 46, Özil, 56, 83, 87

 

PSJ (Fransa) - “Bazel” (İsveçrə)  3:0
Qollar:
Di Mariya, 40, Lukas Moura, 62, Kavani 90, (pen.)

 

B qrupu

“Napoli” (İtaliya) - “Beşiktaş” (Türkiyə)  2:3
Qollar:
Mertens, 30 Qabbiadini, 69  - Adriano, 13, Abubakar, 38, 86

 

“Dinamo” (Kiyev, Ukrayna) - “Benfika” (Portuqaliya)  0:2
Qollar:
Salvio, 9-pen, Cervi, 55

 

C qrupu

“Barselona” (İspaniya) - “Mançester Siti” (İngiltərə)  4:0
Qollar:
Messi, 17, 61, 69, Neymar, 89
Qırmızı vərəqə: Klaudio Bravo, 53 ("Mançester Siti")

 

“Seltik” (Şotlandiya) - “Borussiya” (Münhenqladbax, Almaniya)  0:2
Qollar:
Lars Stindl, 57, Andre Han, 77

 

D qrupu

“Rostov” (Rusiya) - “Atletiko” (İspaniya)  0:1 
Qol:
Karrasko, 62

 

“Bavariya” (Almaniya) - PSV (Hollandiya)  4:1
Qollar:
Müller, 13, Coşua Kimmix, 21, Levandovski, 59 (3:1), Robben, 84 - Narsing, 42 

Xəbər xətti