Çempionlar Liqasında qrup mərhələsinin III turununun oyunlarından sonra həftənin ən yaxşı futbolçusunun adı müəyyənlşib.
Sportal.az xəbr verir ki, UEFA-nın rəsmi saytı vasitəsi ilə azarkeşlər arasında keçirilən sorğuda "Barselona”nın futbolçusu Lionel Messi birinci olub.
"Mançester Siti” ilə oyunda 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalan argentinalı futbolçu azarkeşlərin 38 faizinin səsini toplayaraq birinci olub. Messi "Lester”in futbolçusu Riyad Mahrez (20 %) və "Borussiya”nın hücumçusu Pyer Emerik Obameyanqı (15 %) geridə qoyub.
saytlarin hazirlanmasi