"Araz"ın UEFA kubokunda rəqibləri bəlli oldu

16:29 - 21 Oktyabr 2016

Bu gün Futzal üzrə UEFA kubokunun elit-raundunun püşkatma mərasimi keçirilib.

 

Sportal.az xəbər verir ki, turnirdə ölkəmizi təmsil edən “Araz”ın da rəqibləri bəlli olub.

 

B qrupunda yer alan Azərbaycan çempionu Rusiyanın “Yuqra”, Almaniyanın “Hamburq” və Xorvatiyanın “Nasional" klubları ilə mübarizə aparacaq.

 

Qeyd edək ki, elit raundun oyunları noyabrın 22-si və 27-də keçiriləcək. 

 
B qrupu

“Yuqra” (Rusiya)
“Araz” (Azərbaycan)
“Hamburq” (Almaniya)
“Nasional” (Xorvatiya)

Xəbər xətti