"Barselona" İspaniya La Liqasının 9-cu turunu qələbə ilə başa vursa da, ciddi itki ilə üzləşib.
Sportal.az xəbər verir ki, Kataloniya təmsilçisi "Valensiya"ya 3:2 hesabı ilə qalib gəldikləri görüşdə Andres İnyestanın xidmətindən məhrum olub.
Belə ki, matçın 14-cü dəqiqəsində dizindən zədələnən ulduz futbolçu meydanı göz yaşları ilə tərk edib. Onun zədəsinin ciddi olduğu, bu səbəbdən 3 ay yaşıl meydanlardan uzaq qalacağı bildirilir.
Bu isə o deməkdi ki, ulduz futbolçu ən yaxşı halda komandasına 2017-ci ildə kömək edəcək.