"Qarabağ"a uduzmasaydıq, bu oyun tam fərqli olacaqdı"

14:39 - 24 Oktyabr 2016

Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan PAOK Yunanıstan Super Liqasının son turunda "Olimpiakos"a 1:2 hesabı ilə uduzub.

 

Sportal.az xəbər verir ki, Saloniki təmsilçisinin çalışdırıcısı Vladimir İviç oyundan sonra bu fikirləri səsləndirib:

 

"Komandam qol vəziyyətlərini lazımı şəkildə dəyərləndirə bilmir. Məhsuldarlğımız aşağı səviyyədədir. "Qarabağ"a uduzmasaydıq, bu oyun tam fərqli olacaqdı. Ağır səfər matçından sonra liderə qarşı oynamaq asan deyildi. Ağır görüş keçdi. Hesabı qoruya bilmədiyimiz üçün çox təəssüflənirəm. Qələbəyə layiq oyun göstərdik".

 

Hazırda hesabında 8 xal olan PAOK 7-ci pillədə qərarlaşıb.

Xəbər xətti