"Neftçi"nin bəyənmədiyi futbolçu Latviya klubunda

14:57 - 24 Oktyabr 2016

Bir müddət əvvəl "Neftçi"nin düşərgəsində olan Aleksandr Fertov özünə yeni komanda tapıb.

 

Sportal.az xəbər verir ki, latviyalı futbolçu ölkəsində çıxış edən RFS-in şərəfini qoruyacaq. 29 yaşlı yarımmüdafiəçinin yeni komandası Latviya çempionatında 25 turdan sonra 31 xalla 5-ci pillədə qərarlaşıb.

 

Fertov ölkəsində "Olimp” və "Skonto”, Ukraynanın "Sevastopol” və Polşanın "Korona” klublarında çıxış edib. O, Latviya milli komandasının heyətində 35 oyunda meydana çıxıb.

 

Qeyd edək ki, Fertov bir müddət əvvəl "Neftçi"nin düşərgəsinə baxışa gəlib. Lakin komandanın baş məşqçisi Elxan Abdullayev onun xidmətində maraqlı olmayıb.

Xəbər xətti