"Neftçi"də ciddi itki: "Qarabağ"a qarşı oynaya biləcək?

16:32 - 24 Oktyabr 2016

Azərbaycan Premyer Liqasının IX turunda "Neftç" öz meydanında "Qarabağ"ı qəbul edəcək.

 

Sportal.az xəbər verir ki, "ağ-qaralar" bu qarşılaşmaya ciddi itkilərlə çıxacaq. Belə ki, "Zirə" ilə matçda qırmızı vərəqə alan Rahil Məmmədov "Qarabağ"a qarşı oynamayacaq.

 

Kapitan Araz Abdullayevin də vacib görüşdə komandasına kömək edə bilməyəcəyi gözlənilir. Millimizin üzvünün temperaturu olduğu üçün bu matçda iştirak edib-etməyəcəyi sual altındadı.

 
 
Qeyd edək ki, "Neftçi" – "Qarabağ" oyunu saat 19:00-da "Baksel Arena"da baş tutacaq. 
 

Xəbər xətti