Samir Abasov: "Qəbələ"ni burdan əliboş yola salmalı idik"

18:34 - 25 Oktyabr 2016

Azərbaycan Premyer Liqasının IX turunda baş tutan "Sumqayıt” – "Qəbələ” oyunu 2:2 hesablı bərabərliklə başa çatıb.

 

Sportal.az xəbər verir ki, oyundan sonra "Sumqayıt”ın baş məşqçisi Samir Abasov fikirlərini bildirib:
 
"Qəbələ” ilə az müddət öncə oynamışdıq. Bu oyuna başqa cür hazırlaşmışdıq. Uduzmaq niyyətində deyildik. Uşaqlar sona qədər vuruşdular. Deyə bilmərəm ki, xal qazandıq və ya itirdik. Əsas o idi ki, biz bu gün yaxşı oynadıq".
 
- Roman Qriqorçuk nəticəyə şərh vermədi. Bəs, siz oyun haqda nə deyə bilərsiz?
- Bu gün məqsədimiz məğlub olmamaq idi. Bu gün "Qəbələ”ni burdan əliboş yola salmalı idik. Udsaq yaxşı olardı, amma məğlub olmamaq da pis nəticə deyil. (Futbol11.az)

Xəbər xətti