Azərbaycan Premyer Liqasının IX turunun son oyununda "Neftçi" "Qarabağ"ı qəbul edib.
Sportal.az xəbər verir ki, qarşılaşmanın sonlarına yaxın "Bakcell Arena"da ara qarışıb.
"Qarabağ"ın ikinci qolundan sonra bakılı azarkeşlərdən biri meydana daxil olub. Bu zaman fanat "ağ-qaralar"ın futbolçusu Katalin Tiradan hesab sorub. Nəticədə tərəflər arasında əlbəyaxa qeydə alınıb. Rumıniyalı futbolçu fanatı vurub. Bundan sonra polis azarkeşi meydandan çıxarıb. Oyunun baş hakimii Ramil Diniyev isə Katalin Tiraya qırmızı vərəqə göstərib.
Qeyd edək ki, qarşılaşma "Qarabağ"ın 2:0 hesablı qələbəsi ilə başa çatıb.
saytlarin hazirlanmasi