Elxan Abdullayev: "Tira komandadan qovulacaq" MÜSAHİBƏ

21:50 - 25 Oktyabr 2016

Azərbaycan Premyer Liqasının IX turunda “Qarabağ” “Neftçi”nin qonağı olub

 

Sportal.az xəbər verir ki, oyun qonaqların qalibiyyəti ilə yekunlaşıb – 2:0. Qarşılaşmadan sonra mətbuat konfransında iştirak edən “Neftçi”nin baş məşqçisi Elxan Abdullayev  jurnalistlərin suallarını cavablandırıb:

 

“Bu gün Azərbaycanın ən güclü komandası ilə görüşdük. Bu klubla açıq futbol oynamaq çətin idi. Müdafiə futbolunu seçdik və o da özünü doğrultdu. Uzaq məsafədən qol oldu, bu da fərdi ustalıqdı. İkinci qol avtoqol idi. Sözün düzü komandanın oyunundan razı qaldım. İlk növbədə onlardan istək tələb edirdim və bunu da meydanda gördüm”

 

- 9 nömrəli futbolçu qol vurmaq əvəzinə azarkeşi vurdu. Onun cəzası nə olacaq?

- Mən burda ola-ola həmin adam "Neftçi"də olmayacaq. Komandadan qovulacaq. Bu xoşagəlməz hadisədi. Düzdü, azarkeş də çıxmamalıdı, o, artıq təhlükəsizliyin işidi. Erik Kantona da buna görə 9 aylıq cəza almışdı. Mənim tərəfindən bu futbolçunu çox ciddi cəza gözləyir. UEFA-ya ya FİFA-ya məktub yazmaq lazımdı, bunu başqa komandalarda da təkrar edə bilər.

 

- “Neftçi”nin bu duruma düşməsinin səbəbkarı kimdi?

- Mən bilmirəm. Mənə futbola aid suallar verin. Bu futbola aid sual deyil. Mən bu klubun baş məşqçisiyəm və mənim işim meydandadı. Hər sahənin öz rəhbəri var. Mən oyuna cavabdehəm.

 

- “Neftçi”ni təhvil aldığınız vaxtdan indiki “Neftçi” arasında nə fərq var?

- Mən gələndən möcüzəli bir şey söz verməmişəm. “Neftçi” “Barselona”ya çevrilməyəcək, təbii ki. Fərq var əlbəttə. Biz “Qarabağ” kimi komanda olsaydıq, bir sistemlə və bir heyətlə oynaya bilərdik. Mən də istəmirən 5 müdafiəçi ilə oynayım. Vaxt lazımdı. Yaxşı amillər vardı. Maksimal xal yığmalıyıq.Yeni ildən sonra tamam başqa komanda olacaq və itirlən xalları bərpa edəcəyik.

Xəbər xətti