“Neftçi” rumıniyalı hücumçusu Katalin Tira ilə bağlı qərarını verib.
Sportal.az xəbər verir ki, bu barədə klubun rəsmi saytında məlumat yerləşdirilib. Paytaxt təmsilçisi Azərbaycan Premyer Liqasının IX turunda “Qarabağ”la keçirilən dünənki qarşılaşmanın sonlarında azarkeşi vuran Tiranı məşqlərdən kənarlaşdırıb.
"Neftçi” rəhbərliyi və məşqçilər heyəti futbolçunun komandadakı statusu ilə bağlı yekun qərarı yaxın müddətdə qəbul edəcək.
Qeyd edək ki, komandanın baş məşqçisi Elxan Abdullayev dünən oyundan sonrakı mətbuat konfransında futbolçunu komandadan qovacaqlarını bildirmişdi.
saytlarin hazirlanmasi