Azərbaycan Premyer Liqasının 9-cu turu çərçivəsində dünən keçirilən “Neftçi” - “Qarabağ” matçında (0:2) “ağ-qaralar”ın futbolçusu Katalin Tiranın azarkeşə yumruq vurduğunu xəbər vermişdik.
Sportal.az xəbər verir ki, məsələyə idmançı-aktyor Kamil Zeynallı da münasibət bildirib. O, Katalin Tirayla fotosunu paylaşaraq belə yazıb:
“Katalin Tira... “Neftçi” adlı-sanlı komandadı, azarkeşləri də böyükdü. Yəqin bir-birimizi başa düşərik. Gəlin, mənlə söhbət edin, əziz qardaşlar...”.
Kamilin bu paylaşımı sosial şəbəkədə istifadəçilər tərəfindən tənqidlə qarşılanıb.
AFFA İntizam Komitəsi bu hərəkətinə görə Katalin Tiranı 5 oyunluq cəzalandırıb, komandasını isə 2400 manat cərimələyib. Meydana azarkeş daxil olduğu üçün oyunda fasilə yaranıb. “Neftçi” təhlükəsizliyi təmin etmədiyi üçün klub əlavə olaraq 4000 manat cərimə olunub.
saytlarin hazirlanmasi