Kolumbiyalı ulduz müğənni Şakiranın “instagram” sosial şəbəkəsində paylaşdığı foto hər kəsdə maraq doğurub.
Sportal.az xəbər verir ki, məşhur müğənni ispaniyalı futbolçularla birgə layihə hazırlayır. O, öz hesabında Xerard Pike, Serxio Ramos və İker Kasiliyasla yeni mahnı layihəsi hazırladığını bildirib. Şakira izləyicilərin xahişi ilə mahnının adının “Çantaye” olduğunu söyləyib. Lakin futbolçuların bu mahnıda olan rolu haqqında isə heç bir məlumat paylaşmayıb.
Qeyd edək ki, Şakira 2010-cu ildə İspaniya yığmasının futbolçusu Pike ilə ailə həyatı qurub.
saytlarin hazirlanmasi