AÇ-2020-nin daha bir loqosunun təqdimatı olub.
Sportal.az xəbər verir ki, final mərhələsini 13 şəhərin qəbul edəcəyi yarışın növbəti təqdimatı Almaniyada gerçəkləşib.
Münhendə baş tutan tədbirdə yarışın 13 loqosundan biri nümayiş olunub. Təqdimata UEFA-nın prezidenti Aleksander Ceferin, Almaniya Futbol İttifaqının rəhbəri Raynhard Qrindal və “Bavariya”nın sədri Karl-Hayns Rummeninge qatılıb.
Qeyd edək ki, təşkilatçı şəhərlərin bəzilərində, o cümlədən Bakıda artıq loqonun təqdimat mərasimi baş tutub.