Araz Abdullayev "Qəbələ"yə qarşı oynayacaq?

13:53 - 28 Oktyabr 2016

Azərbayan Premyer Liqasının X turunda səfərdə "Qəbələ"nin qonağı olacaq "Neftçi” matça ciddi itki ilə çıxa bilər.

 

Sportal.az xəbər verir ki, komandanın kapitanı Araz Abdullayevin sabahkı oyunda iştirakı sual altındadı. Xəstə olduğu üçün IX turda "Qarabağ”la oyunda iştirak etməyən futbolçunun yenə də hərarəti var. Onun "Qəbələ" ilə matçda oynayıb-oynamaması sual altındadır.
 
Qeyd edək ki, "Qəbələ” – "Neftçi” oyunu sabah saat 15:00-da başlayacaq. 

 

Xəbər xətti