Azərbaycan Premyer Liqasının 9-cu turunda “İnter” ilə ev oyununda “Kəpəz”in futbolçusu Tural Qürbətov cari mövsümdə ikinci dəfə start heyətində yer aldı. Qürbətov bundan öncə elə Bakı klubu ilə ilk dövrədəki səfər matçında oyuna start “11-liy”ində başlamışdı.
Sportal.az xəbər verir ki, klubun saytına açıqlama verən futbolçu həmişə oynamağa hazır olduğunu deyib:
“Hər dəfə meydana çıxanda komandama kömək etməyə, qazanılacaq uğurda pay sahibi olmağa çalışıram. “İnter”lə sonuncu oyunumuzda fərqlənməyə yaxın olsam da, qapıya dəqiq zərbə endirə bilmədim. Yaxşı, mübarizəli oyun oldu. İlk yarıda daha yaxşı çıxış etdik. Yarımmüdafiənin cinahında yer almışdım. Bu mövqe mənə yad deyil. Ümumiyyətlə, futbolçu məşqçinin dediyi istənilən yerdə oynamağa hazır olmalıdı. Çempionat uzundu, hələ qarşıda çoxlu oyunlar var. Şans verildikcə, oynayıb özümü göstərməyə çalışacam”.
saytlarin hazirlanmasi