Azərbaycan Premyer Liqasının 10-cu turu çərçivəsində keçirilən "Qəbələ" - "Neftçi" matçı meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə yükunlaşdı.
Sportal.az Futbol11.az saytına istinadən xəbər verir ki, qarşılaşmadan sonra qonaqların çalışdırıcısı Elxan Abdullayev darmdağını şərh edib.
- Sizə elə gəlmir ki, hər məğlubiyyətdən sonra nüfuzunuzu xərcləyirsiz?
- Əlbəttə ki, peşmanam. Amma başa düşən başa düşür. Futboldan başı çıxan bilir ki, bu futbolçularla uğur gözləmək çox çətindi. Bu gün meydanda ustalıq səviyyəsi öz sözünü dedi.
- Katalin Tiranın döydüyü azarkeşlə barışmasından sonra klub ona güzşət edə bilərmi?
- Tira Azərbaycan xalqından üzr istəməlidi. Ancaq mən sözümü demişəm. Mən komandada olduğum müddətdə Tira "Neftçi"də çıxış etməyəcək.
- Klubun sabiq üzvü Elnur Allahverdiyevin yenidən "Neftçi"yə qayıtmasını istəmirsiz?
- Yox!