Bu gün bir çox Avropa ölkəsində qış vaxtına keçidlə əlaqədar olaraq saat əqrəbləri bir saat geri çəkilib.
Sportal.az xəbər verir ki, bu səbəbdən avrokubok matçlarının başlama saatında dəyişilik olacaq.
Çempionlar Liqasının oyunları Bakı vaxtı ilə 22:45-də deyil, 23:45-də baş tutacaq.
Avropa Liqasının oyunları 21:00 və 23:05-də yox, saat 22:00 və 00:05-də başlanacaq.
Bu proses gələn ilin mart ayının son bazar günündə Avropada yay vaxtına keçid olana qədər davam edəcək.
Xatırladaq ki, Nazirlər Kabinetinin “Azərbaycan Respublikası ərazisində yay vaxtının tətbiq edilməsi haqqında” 1997-ci il 17 mart tarixli 21 nömrəli qərarına əsasən, hər il mart ayının son bazar günü yay vaxtına, oktyabr ayının son bazar günü isə standart vaxt zonasına keçirilirdi və müvafiq olaraq saat əqrəbləri bir saat irəli və geri çəkilirdi.
Nazirlər Kabinetinin 17 mart 2016-cı il tarixli 131 nömrəli qərarı ilə yuxarıda qeyd edilən qərar ləğv edilib və müvafiq olaraq 27 mart tarixində ölkə ərazisində yay vaxtına keçid baş verməyib. Bu səbəbdən oktyabrın son bazar günü, yəni ayın 30-da saatların 1 saat geri çəkilməsinə ehtiyac qalmayıb.
saytlarin hazirlanmasi