Şahin Diniyev: "Kəpəz" Dario demək deyil"

16:16 - 30 Oktyabr 2016

Azərbaycan Premyer Liqasının X turunda "Zirə” öz meydanında "Kəpəz”i 2:0 hesabı ilə məğlub edib.

 

Sportal.az Futbol11.az-a istinadən xəbər verir ki, oyundan sonra "Kəpəz”in baş məşqçisi Şahin Diniyev fikirlərini bildirib: 
 
- Oyun haqda danışmaq çətindi. Çox səhvlər etdik. İkinci hissədə komandam təzyiqə dözmədi. Ən pis oyunlarımızdan birini oynadıq. Bu oyunu unutmalı və növbəti oyunlar haqda düşünməliyik. Çalışacağıq "Sumqayıt”la oyunda geridönüş edək. Bu gün komanda heç cür yaxşı oynamadı. Amma həyat davam edir. Futbolçuları günahlandırmaq istəmirəm. Qapımızdan keçən qol haqda danışmaq istəmirəm. 
 
- "Zirə” bu gün hansı cəhətdən "Kəpəz”i məğlub etdi?
- Məncə, motivasiya cəhətdən "Zirə” bizdən üstün idi.
 
- Artıq avrokubok uğrunda mübarizədən qopduğunuzu düşünmək olar?
- Yox. Bizim şansımız var. 3 xallıq sistemdə irəliləmək asan olur. avrokubok yolunda heç kimə məğlub olmayacağıq.
 
- Darionun yoxluğunda "Kəpəz” yaxşı oyun sərgiləmir. Ancaq ötən il də Dario yox idi, "Kəpəz” yaxşı oynayırdı. Demək olarmı ki, hazırda komandada Frederikonu əvəzləyə biləcək futbolçu yoxdu...
- İnter”lə oyunda yaxşı oynamışdı. "Kəpəz” Dario demək deyil. Biz ötən il Dariosuz avroubok zonasına qədər irəliləyə bilmişdik.

 

Xəbər xətti