Azərbaycan Premyer Liqasının XI turunda öz meydanında "Sumqayıt”ı qəbul edəcək "Kəpəz” ciddi itki ilə üzləşib.
Sportal.az xəbər verir ki, Gəncədə baş tutacaq qarşılaşmada baş məşqçi Şahin Diniyev komandanın aparıcı futbolçusu Renan Da Silvanın xidmətindən istifadə edə bilməyəcək.
Buna səbəb braziliyalı müdafiəçinin cəzalı duruma düşməsidir. Renan Premyer Liqanın X turunda "Zirə” – "Kəpəz” (2:0) oyununda sarı vərəqə ilə cəzalanıb. Mövsüm ərzində 4-cü "sarı”sını alan futbolçu "Sumqayıt”la görüşü buraxmalı olacaq.
Bundan əlavə, Gəncə təmsilçisinin kapitanı Tural Axundov qırmızı vərəqə aldığı üçün "kimyaçılar"a qarşı forma geyməyəcək.
Qeyd edək ki, "Kəpəz" - "Sumqayıt" matçı noyabrın 5-də baş tutacaq.