İngiltərə Premyer Liqasında mübarizə aparan “Arsenal”ın ulduz futbolçusu Məsut Özil ölkə çempionatının son turunda “Liverpul”a qarşı 0:4 hesablı məğlubiyyətdən sonra edilən tənqidlərə cavab verib.
Sportal.az xəbər verir ki, türk əsilli alman futbolçu rəsmi “İnstaqram” hesabından verdiyi uzun açıqlamada belə qeyd edib:
“Son günlərdə Almaniya millisinin düşərgəsində komanda yoldaşlarım “Arsenal”dakı vəziyyət haqqında suallar verirlər. Komandadakı mövcud böhrən haqda mətbuatdan oxuduqlarını, sabiq futbolçuların hər gün bu haqda danışdıqlarını deyirlər. Onların fikrincə, hazırki komanda klub tarixinin ən bərbad komandasıdı.
4 il qabaq “Real Madrid”dən “Arsenal”a transfer oldum. Arsen Venger məni razı saldı. Mənə klubun tarixindən, məşhur futbolçularından, necə inkişaf edəcəyimdən danışmışdı. Bu, hər futbolçunun eşitmək istədiyi sözlərdi.
Londakı karyeram boyunca çoxlu sayda tənqidlərə məruz qaldım. Mənim haqqımda “çox bahalıdı, mübariz deyil, acgözdür” kimi ifadələr işlətdilər. Hər bir futbolçu belə tənqidləri qəbul etməlidir. Lakin əfsanəvi futbolçuların əfsanəvi futbolç kimi davranmalarını istəyirdim. “Arsenal”ın sabiq futbolçularına tövsiyəm budur ki, danışığı kəssinlər və komandaya dəstək olsunlar.
Bu illin sonunda karyeramda nələrin olacağını bilmirəm. “Arsenal”dakı beşinci mövsümümü maraqla gözləyirəm. Bu formanı geyindiyimə görə xoşbəxtəm.
Son 4 ildə möhtəşəm anlar yaşadım. Bu klubun London, İngiltərə və dünya üçün hansı mənanı kəsb etdiyini bilirəm”.
saytlarin hazirlanmasi