Eden Azar: "Çempionlar Liqasının yeri başqadır"

14:51 - 6 Sentyabr 2017

Çempionlar Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan "Çelsi"nn futbolçusu Eden Azar açıqlama verib.

 

Sportal.az xəbər verir ki, Belçika millisinin yarımmüdafiəçi "Marca"ya açıqlamasında Çempionlar Liqasını qazanmağı hədəflədiklərini bildirib:

 

"Bütün turnirlərin qalibi olmaq istəyirəm. Ancaq mənim üçün Çempionlar Liqasının yeri başqadır. Heç vaxt bu yarışın qalibi olmamışam. Dörd il əvvəl biz yarımfinala qədər irəlilədik. Ancaq bu dəfə minumum finalda oynamağı, maksimum isə ÇL-in qalibi olmaq istəyirəm".

 

Azar Çempionlar Liqasının son qalibi "Real"ı yenə də favorit hesab edir:

 

"Məncə, "Real"  hazırda dünyanın ən güclü komandasıdır. Onlar bütün mükafatları qazanırlar. Əla futbolçuları və məşqçiləri var. Hazırda ÇL-in qalibi olmaq çox çətindir. "Real" bu turnirin favoritidir". 

 

Xatırladaq ki, “Çelsi” Çempionlar Liqasının qrupunda ilk oyununu sentyabrın 12-də doöma meydanında təmsilçimiz “Qarabağ”a qarşı keçirəcək.

Xəbər xətti