"Liverpul"un sabiq futbolçusu 31 yaşında karyerasını başa vurdu

18:04 - 7 Sentyabr 2017

"Liverpul"un sabiq müdafiəçisi Xose Enrike karyerası ilə bağlı önəmli qərar qəbul edib.

 

Sportal.az xəbər verir ki, 31 yaşlı müdafiəçi xroniki diz zədəsinə görə ağrıkəsici olmadan meydana çıxa bilmədiyini vurğulayıb. O, bu səbəbdən də karyerasını başa vurub.

 

Enrike "Levante" yetirməsidir. 2005-ci ildə "Valensiya"ya keçən müdafiəçi "Selta", "Vilyarreal", "Nyukasl" və "Real Saraqosa"nın şərəfini qoruyub. 2011-16-cı illərdə "Liverpul"da oynayan sol cinah müdafiıçisi "qırmızılar"ın heyətində 99 oyun keçirib və 2 qol vurub.

Xəbər xətti