İngiltərə Premyer Liqasında yay transfer dönəmi ilə bağlı yeni qərar qəbul edilib.
Sportal.az xəbər verir ki, ingilis klubları arasında keçirilmiş səs vermə nəticəsində, gələn mövsümdən etibarən yay transfer dönəmi yeni mövsüm başlamadan bitəcək.
Belə ki, gələn yay Premyer Liqada transfer dönəmi avqustun 9-da, yerli saatla 17:00-da başa çatacaq.
Qeyd edək ki, transfer dönəmi başa çatdıqdan sonra klublar futbolçularını satmaq hüququna malik olacaqlar.