“Liverpul”un əfsanəvi kapitanı Stiven Cerrard sabiq klubunun UEFA Gənclər Liqasında çıxış edəcək U-19 komandasının baş məşqçisi olacaq.
Sportal.az xəbər verir ki, Cerrard "Liverpul" akademiyasında bütün yaş qruplarına nəzarət edir. O, həm də U-19 komandasını da turnirdəki oyunlara çıxaracaq.
Qeyd edək ki, “qırmızılar” UEFA Gənclər Liqasında “Sevilya”, “Maribor” və “Spartak”la bir qrupda qərarlaşıb.
Əlavə edək ki, ölkəmizi bu turnirdə "Qarabağ"ın U-19 komandası təmsil edir. Rəşad Sadıqovun kollektivi qrupda "Roma", "Atletiko" və "Çelsi" ilə birgə mübarizə aparacaq.
saytlarin hazirlanmasi